Dostlarının köməyilə komandaya 200 min manatlıq yeni avtobus aldı
2 ildən çoxdur avtobus almaq hsərəti ilə yaşayan "Kəpəz"in arzusu çin olub.
Gəncə təmsilçisi təxminən 200 min manat qiyməti olan avtobus alıb.
Koreya istehsalı olan "Daevo" markalı komfortlu, son model minik vasitəsi 48 adamlıq oturacaqdan ibarətdir.
Əldə etdiyimiz məlumata görə, kifayət qədər bahalı nəqliyyat vasitəsinin xərcini Gəncə klubunun İdarə heyətinin rəhbəri İlqar Nadiri öz üzərinə götürüb.
Klub rəhbəri avtobusu şəxsi vəsaiti və dostlarının köməyi hesabına əldə edib.
Mediasport.az