"Komandada ab-hava yüksək səviyyədədir" - "Zirə" rəsmisi

"Komandada ab-hava yüksək səviyyədədir" - "Zirə" rəsmisi

"Heyətdə zədəli futbolçu yoxdur. Bütün oyunçularımız məşqlərdə iştirak edirlər".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.

Qəsəbə təmsilçisinin rəsmisi komandanın yay hazırlıq prosesi barədə məlumat verib:

"Hazırlığımız həmişəki qaydada davam edir. Türkiyənin Bolu şəhərində gündəlik məşqlərimizi edirik. İki yoxlama matçı keçirmişik. Komandada ab-hava yüksək səviyyədədir. Avropa Liqası görüşü planına uyğun hazırlaşırıq".

"Qartallar" Bolu toplanışı çərçivəsində Rusiyanın “Orenburq” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Hermanştadt”a qalib gəlib (2:1).

Xatırladaq ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsin çərçivəsində iyulun 11-də və 18-də Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.

Rövşən Əlisoy