"Azərbaycanla görüşün asan keçəcəyini deyə bilmərik"

"Azərbaycanla görüşün asan keçəcəyini deyə bilmərik"

Estoniya milli komandasının baş məşqçisi Yürgen Henn UEFA Millətlər Liqasının Azərbaycanla görüşündən öncə mətbuat konfransında iştirak edib.

Mediasport.az xəbər verir ki, çalışdırıcı yığmamızın sürətli və keyfiyyətli futbolçularının çox olduğunu vurğulayıb.

37 yaşlı mütəxəssis  ötən il keçirilən matçları da yada salıb:

"Həmin oyunda bu komandadan cəmi 1 xal ala bilmişdik. Azərbaycanla görüşün asan keçəcəyini deyə bilmərik. Amma yaxşı nəticə əldə etməyə çalışacağıq".

Estoniya - Azərbaycan görüşü sabah Bakı vaxtilə saat 20:00-da Tallində yerləşən "Lilleküla" stadionunda keçiriləcək.