Nikosiyalı azarkeşlər "Omoniya"nı Bakıda yalnız buraxmayacaq

  Nikosiyalı azarkeşlər "Omoniya"nı Bakıda yalnız buraxmayacaq

"Omoniya"nı 30-a yaxın azarkeş irəli səsləyəcək".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə deyib.

Avropa Konfrans Liqasının pley-off mərhələsində Bakıda "Zirə" ilə üz-üzə gələcək "Omoniya" paytaxtımıza 11 jurnalist də gətirəcək:

"Onlardan 5-i klubun mətbuat xidmətinin, 6-sı isə Kipr mətbuatının əməkdaşlarıdır".

Xatırladaq ki, "qartallar" Avropa Konfrans Liqasının pley-off raundunun ilk matçında "Omoniya"ya uduzub (0:6). Qəsəbə təmsilçisi cavab matçını 29 avqust, 20:00-da Bakıda keçiriləcək.