Dünya birinciliyində Azərbaycanı bir idmançı təmsil edəcək
Meksikanın Qvadalaxara şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
Mediasport.az xəbər verir ki, 70-yə yaxın ölkədən 310 (171 kişi + 139 qadın) atletin iştirak edəcəyi turnirə Azərbaycan yığma komandasının bir üzvü qatılacaq.
Ölkəmizi 109 kq çəki dərəcəsində Əli Şükürlü təmsil edəcək.
Yarış 15-23 noyabr tarixlərində təşkil olunacaq.