Dadaş Dadaşbəylidən Dünya Kubokunda 3 gümüş medal
Azərbaycan milli komandasının ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Puket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb.
Mediasport.az xəbər verir ki, 109 kq çəki dərəcəsində yarışan Dadaş Dadaşbəyli birdən qaldırma hərəkətində 177 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kq-ın öhdəsindən gəlib və bu hərəkətdə də eyni uğura imza atıb.
Toplam 388 kq (177+211) nəticə gösərən Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutub və yarışı 3 gümüş medalla başa vurub.