Atletlərimiz Kubaya yollanırlar

Atletlərimiz Kubaya yollanırlar

Ağır atletika yığmamızın üzvləri Kubanın paytaxtı Havana şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcəklər.

mediasport.az xəbər verir ki, iyunun 8-dən 18-nə qədər təşkil olunacaq və Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya verəcək turnirdə 72 ölkədən 409 atletin iştirak edəcəyi gözlənilir.

Yarışda Azərbaycan yığmasının üzvlərindən 73 kq-da Ömər Cavadov və 102 kq-da Əli Şükürlü ilə Dadaş Dadaşbəyli qüvvələrini sınayacaqlar.