Daha bir idmançımız bürünc medal qazandı - Avropa çempionatı

Daha bir idmançımız bürünc medal qazandı - Avropa çempionatı

Azərbaycan ağırlıqqaldıranı Yunis Bayramov Moldovanın paytaxtı Kişinyovda keçirilən yeniyetmələr arasında Avropa çempionatında bürünc medal qazanıb.

Ağır Atletika Federasiyasında "MediaSport"a məlumata görə, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində çıxış edən idmançımız birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə yarışın bürünc mükafatçısı olub.

Təkanla qaldırmada 112 kq-ın öhdəsindən gələn atlet həm bu hərəkətdə, həm də yekun sıralamada 211 kq (99+112) nəticə ilə 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Amin Osmanov (55 kq) qızıl medal qazanıb, Turan Əliyev (67 kq) isə Avropa üçüncüsü adını təmin edib.