Dünya çempionatı qədər diqqət çəkən Xorvatiya gözəli - FOTOLAR
Qətərdə Dünya çempionatı başlayandan 30 yaşlı xorvatiyalı model İvana Knollun məşhurluğu xeyli artıb.
mediasport.az xəbər verir ki, az qala mundial qədər maraq cəlb edən model və "instaqram" fenomeni hər nə qədər Qətərin qayda-qanunlarına zidd - oyunların keçirildiyi stadionlarda açıq-saçıq geyimləri ilə gündəm olsa da, bəyənənləri də kifayət qədərdi.
Ərəb iş adamı Məhəmməd Həsən Əl Cəfairi matçların birində İvananın fotosunu çəkməsi ilə gündəm olmuşdu. Sonra açıqlama verən biznesmen bildirmişdi ki, modelin şəklini etiraz əlaməti olaraq çəkib və bunu istənilən qətərli təsdiq edə bilər.