Premyer Liqada oyun alqı-satqısı: Bu komandanın çempionluğu ləğv edildi!
Belarus Futbol Federasiyası son ölkə çempionu "Şaxtyor" haqqında şok qərarlar qəbul edib.
mediasport.az xəbər verir ki, Nizam-İntizam Komitəsi Soliqorsk təmsilçisinin çempionluğunun və qızıl medalların geri alınmasına dair qərar çıxarıb.
Buna səbəb oyun alqı-satqısı şübhələrinin təsdiqi və digər komandaların maddi həvəsləndirilməsi, stimullaşdırma səbəb olub. "Şaxtyor" konkret olaraq "Belşina"ya 4:1 hesabı ilə qalib gələrək çempionluğu rəsmiləşdirdiyi oyuna görə günahlandırılıb. İstintaq araşdırmaları matçın nəticəsinin manipulyasiya edildiyini təsdiqləyib.
Soliqorsk klubunun cəzası çempionluğun əldən alınmasıyla yekunlaşmır. Klub 146 min 587 ABŞ dolları cərimə olunub, həmçinin komanda cari mövsüm çempionatda -30 xalla çıxış edəcək. Gələn mövsümə isə -20 xalla başlayacaq.
"Energetik-BGU" və "Belşina" klubları da analoji cəzaya məruz qalıb. "Tələbələr" son mövsümü gümüş medalla başa vurmuşdular. Beləcə, BATE çempion, Minsk "Dinamo"su gümüş, "İsloç" isə bürünc medalçı elan edilib.
Tərcümə etdi: Ayxan