Adrian Mutu 2 ay əvvəl baş məşqçi təyin edildiyi ÇFR-dən qovuldu!
6 aylıq uğursuz fəaliyyətdən sonra “Neftçi”dən istefaya göndərilən Adrian Mutu yenidən işsiz qalıb.
Mediasport.az xəbər verir ki, Rumıniyanın titullu ÇFR klubunun "sükan"ı arxasına keçən 45 yaşlı mütəxəssis komandadan qovulub.
Kluj təmsilçisi ölkə kubokunda 2-ci Liqa klubu "Hunedora"ya darmadağını (0:4) Mutuya bağışlamayıb.
Rumıniya futbolunun əfsanəsinin ÇFR-də fəaliyyəti cəmi 64 gün çəkib.