XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə dünya üzrə ən çox qol vuran futbolçuların siyahısını tərtib edib.
Mediasport.az xəbər verir ki, sıralamaya 39 yaşlı dünya ulduzu Kriştianu Ronaldu başçılıq edir.
Son dünya çempionu Lionel Messi ikinci, karyerasını başa vurmuş Zlatan İbrahimoviç isə üçüncüdür.
XXI əsrdə ən çox qol vuranların "10-luğ”u
1. Kriştianu Ronaldu, Portuqaliya - 532 qol
2. Lionel Messi, Argentina - 497
3. Zlatan İbrahimoviç, İsveç - 393
4. Luis Suares, Uruqvay - 388
5. Robert Levandovski, Polşa - 375
6. Nikolas Munyos, Panama - 325
7. Fred (Şaviş Gedeş), Braziliya - 307
8. Aleksandar Duriç, Serbiya - 304
9. Əli Əşfaq, Maldivlər - 293
10. Kərim Benzema, Fransa - 290