Danimarka millisinin ilkin heyəti açıqlandı - DÇ-2022

Danimarka millisinin ilkin heyəti açıqlandı - DÇ-2022

Danimarka milli komandasının Qətərdə keçiriləcək Dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Kasper Hyulmend heyətə 21 futbolçu daxil edib.

İlkin heyətə AÇ-2020-də ürəyindəki problemlərə görə turniri yarımçıq qoyan, karyerasında böyük fasilə yaranan və milli komandadan uzaq düşən Kristian Eriksen yenidən dəvət alıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Danimarka millisi D qrupunda Fransa, Avstraliya və Tunislə mübarizə aparacaq.