DÇ-2022 - Mundialın ev sahibi yekun heyətini təqdim etdi

DÇ-2022 - Mundialın ev sahibi yekun heyətini təqdim etdi

"DÇ-2022"yə ev sahibliyi edəcək Qətər milli komandasının yekun heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, baş məşqçi Feliks Sançes 26 futbolçuya dəvət göndərib.

Dünya çempionatı noyabrın 20-də start götürüb dekabrın 18-nə qədər davam edəcək. Qətər yığması A qrupunda Niderland, Seneqal və Ekvadorla mübarizə aparacaq.