Dünya çempionatında ilk finalçı kim olacaq - İspaniya, yoxsa İsveç?

Dünya çempionatında ilk finalçı kim olacaq - İspaniya, yoxsa İsveç?

Bu gün qadınlar arasında futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşəcək.

mediasport.az xəbər verir ki, yarımfinalın ilk cütü çərçivəsində İspaniya və İsveç milli komandaları qarşılaşacaqlar.

Digər finalçı isə sabah meydan sahiblərindən Avstraliya yığması və İngiltərə seçməsinin duelində məlum olacaq.

Qeyd edək ki, mundial Avstraliya ilə Yeni Zelandiyanın birgə ev sahibliyi ilə keçirilir.


Dünya çempionatı. Yarımfinal


12:00 İspaniya - İsveç

Baş hakim: Alveş Batista (Braziliya)

Yeni Zelandiya, Auklənd, "Eden Park" stadionu.