Tarixi qələbə dünya mediasında: "Qarabağ" "Braqa"nın qüruru ilə oynayır", "Braqa"nın "dili tutuldu"

Tarixi qələbə dünya mediasında: "Qarabağ" "Braqa"nın qüruru ilə oynayır", "Braqa"nın "dili tutuldu"

"Qarabağ"ın UEFA Avropa Liqasının keçid pley-off mərhələsinin ilk turu çərçivəsində "Braqa"nı 4:2 hesabı ilə məğlub etməsi dünyanın idman nəşrlərinin gündəmini zəbt edib.

Mediasport.az xəbər verir ki, Rusiya, Türkiyə və Avropa ölkələrinin əksər nəşri manşetlərdə Ağdam klubunun Portuqaliya zəfərinə yer verib.

Dünyanın öndəgedən idman saytları və rəsmi sosial şəbəkə səhifələri Qurban Qurbanovun komandasının uğurunu bu cür təqdim edib: 


"Avropa Liqası":
"Qarabağ" Braqanı top atəşinə tutub"; "Qarabağ" üçün xatırlanması vacib gecə";

"433": "Braqa"nın "Qarabağ" qarşısında "dili tutuldu";

"TRT Spor": "Qarabağ" Braqa səfərində tarix yazır";

"BBO Sports": "Qardaş "Qarabağ" "Braqa"nın qüruru ilə oynayır";

"A Spor": "Qarabağ" Portuqaliyada şou göstərdi";

"Fotomaç": "Qarabağ" səfərdə alovlandı";

"Sport-Ekspress": "Qarabağ"dan günün sensasiyası", "Qarabağ" Portuqaliyada özünü göstərdi".