"Zirə-2" qərb təmsilçisinə qarşı

"Zirə-2" qərb təmsilçisinə qarşı

Azərbaycan Əvəzedicilər Liqasında 17-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 1 qarşılaşma keçiriləcək.

"Zirə"nin əvəzedicilərindən ibarət komanda səfərdə qərb təmsilçisi "Turan Tovuz-2" ilə qarşılaşacaq.

Xatırladaq ki, dünən keçirilən oyunlarda "Sabah-2" "Araz-Naxçıvan"ın (3:0), "Səbail-2" isə "Qəbələ"nin əvəzedicilərindən (2:0) üstün olub.

Turun açılış matçında isə "Sumqayıt-2" "Kəpəz-2"yə uduzub - 0:1.

Azərbaycan Əvəzedicilər Liqası. 17-ci tur

14:00 "Turan Tovuz-2" - "Zirə-2"