1-ci Liqada ev oyununa ən çox azarkeş gələn komanda açıqlanıb
Peşəkar Futbol Liqası 2023/2024-cü illər mövsümündə ev oyununa ən çox azarkeş gələn klubların reytinqini açıqlayıb.
Mediasport.az xəbər verir ki, mövsümü 44 xalla 5-ci pillədə başa vurmuş "Karvan" sıralamaya ldierlik edir.
Yevlax şəhər stadionuna hər matçda orta hesabla 1208 azarkeş gəlib.
16910 tamaşaçı Kənar Kərimovun baş məşqçisi olduğu komandanın Yevlaxda 14 oyununu stadiondan izləyib.
2-ci pillədə oyun başına orta hesabla 924 azarkeşlə "İmişli" qərarlaşıb.
1-ci Liqada çempion olaraq Premyer Liqaya qayıdan "Şamaxı" hər ev oyununa orta hesabla 723 tamaşaçı ilə 3-cü sırada dayanıb.
Mövsümün bütün oyunlarında ümumilikdə 61970 azarkeş olub.