"Qəbələ" Portuqaliyadan braziliyalı futbolçu transfer etdi - RƏSMİ

"Qəbələ" Portuqaliyadan braziliyalı futbolçu transfer etdi - RƏSMİ

"Qəbələ” növbəti transferini gerçəkləşdirib.

MediaSport.az xəbər verir ki, 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.

28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.

Elmar Baxşıyevin komandası Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.