500 ən yaxşı arasında azərbaycanlılardan yalnız Qurbanov var

500 ən yaxşı arasında azərbaycanlılardan yalnız Qurbanov var

2022-ci il üzrə dünyanın ən yaxşı baş məşqçilərinin yekun reytinq siyahısı açıqlanıb.

mediasport.az xəbər verir ki, siyahıda 500 ən yaxşı məşqçi yer alıb.

Reytinq cədvəlində Azərbaycan klublardan “Neftçi” və "Qarabağ"ın baş məşqçiləri də var. Laurentsiu Regekampf 1627 xalla 175-ci, Qurban Qurbanov 1595 xalla 207-ci yerdə qərarlaşıb.

Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci, Joze Mourinyo (2063) isə üçüncü yerdədir.