Premyer Liqada 28-ci tur yekunlaşdı: "Qarabağ" çempion oldu, "Sumqayıt" 4-cü yerə qalxdı

Premyer Liqada 28-ci tur yekunlaşdı: "Qarabağ" çempion oldu, "Sumqayıt" 4-cü yerə qalxdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.

"Sumqayıt" evdə debütant "Araz-Naxçıvan"a qalib gələrək 4-cü pilləyə yüksəlib.

Turun əvvəlki oyunlarında "Neftçi" "Qəbələ"ni (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib və "Səbail" - "Turan Tovuz" (1:1) matçı "sülh"lə başa çatıb.

Xatırladaq ki, tur "Qarabağ"ın erkən çempionluğu ilə yadda qaldı.

Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" sona 8 tur qalmış 11-ci dəfə yarışın qızıl medallarına yiyələniblər.

Azərbaycan Premyer Liqası. 28-ci tur

31 mart

"Sumqayıt" - "Araz-Naxçıvan" 1:0

Qol: Kazimir Ninqa, 6-pen.

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Zöhrab Abbasov, Əli Əliyev.

Hakim-inspektor: Barış Şimşək.

AFFA nümayəndəsi: Elgiz Abasov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala.

Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi.

Məşqçi: Mübariz Orucov.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç.

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui.

Baş məşqçi: Azər Bağırov.



1 Qarabağ 28 22 3 3 77-24 69
2 Neftçi 28 12 7 9 35-29 43
3 Zirə 28 11 9 8 22-18 42
4 Sumqayıt 28 11 9 8 27-32 42
5 Sabah 28 11 7 10 39-33 40
6 Səbail 28 10 8 10 40-42 38
7 Turan Tovuz 28 9 9 10 42-39 36
8 Araz-Naxçıvan 28 8 8 12 27-37 32
9 Kəpəz 28 7 6 15 30-53 27
10 Qəbələ 28 4 4 20 20-52 16


Bombardirlər:

Olavio Juninyo ("Qarabağ") - 17 qol

Aleksandr Ramalinqom ("Səbail") - 11 qol

Orxan Əliyev ("Araz-Naxçıvan") - 9 qol

Yassin Benzia ("Qarabağ") - 9 qol