Əfsanəvi futbolçular arasında dünya çempionatı keçiriləcək

Əfsanəvi futbolçular arasında dünya çempionatı keçiriləcək

Bu yay İngiltərədə futbol əfsanələri arasında dünya çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, mundialda aktiv futbolçu karyerasını başa vurmuş, yaşı 35-dən yuxarı olan veteranlar iştirak edəcəklər.

8 ölkənin iştirak edəcəyi mini-mundial iyunda təşkil olunacaq.

Turnirə İngiltərə, Argentina, Braziliya, İspaniya, Almaniya, Fransa, İtaliya və Uruqvay yığmalarının qatılacağı dəqiqləşib.

Dünya çempionatında Roberto Karlos, Ernan Krespo, Maykl Ouen, Tyerri Anri, Françesko Totti, Miçel Salqado, Dieqo Luqano, Frenk Lempard, Rio Ferdinand, Mesut Özil, Sami Xedira, Ronaldinyo, Rivaldo, Roberto Karlos, David Vilya kimi ulduzlar forma geyinəcəklər.

Komandalar meydana 11 nəfərlə çıxacaqlar və matçlar 70 dəqiqədən ibarət olacaq.