Əfsanəvi Pelenin bu futbolkası 150 min funt-sterlinqə hərraca çıxarılacaq

Əfsanəvi Pelenin bu futbolkası 150 min funt-sterlinqə hərraca çıxarılacaq

2022-ci ilin dekabrında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən "Futbol kralı" Pelenin maykası hərraca çıxarılacaq.

mediasport.az xəbər verir ki, üçqat dünya çempionunun futbolkasına başlanğıc olaraq 150 min funt-sterlinq qiymət qoyulub.

Söhbət dünya futbolu əfsanəsinin 1971-ci ilin yayında Avstriya ilə yoldaşlıq oyununda geyindiyi və qol vurduğu 10 nömrəli sarı köynəkdən gedir. Auksionda bundan başqa, Peleyə məxsus kuboklar, medallar və mükafatlar da satılacaq.

Pele dekabrın 29-da 82 yaşında vəfat edib.