"Sabah" - "Beşiktaş" xeyriyyə matçının başlanma saatı müəyyənləşdi

"Sabah" - "Beşiktaş" xeyriyyə matçının başlanma saatı müəyyənləşdi

“Sabah”la “Beşiktaş” arasında keçiriləcək xeyriyyə futbol matçının başlanma saatı müəyyənləşib.

mediasport.az xəbər verir ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə ilin əvvəlində baş vermiş dəhşətli zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Martın 26-da Bakıda "Qarabağ" - "Qalatasaray" matçı keçirilmiş, toplanmış 1 milyon manatdan çox vəsait zərərçəkənlərə yardım üçün göndərilmişdi.