YENİ REKORD: Bir oyunda 56 penalti zərbəsi qeydə alındı
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alınıb.
Mediasport.az xəbər verir ki, Ginnesin Rekordlar Kitabına düşən göstərici İsraildə olub.
2-ci Liqaya yüksəlmək üçün yarışan 3-cü Liqa kollektivləri - "Dimona" və "Şimşon" komandaları 56 penalti zərbələri vurublar.
Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Yarım saata yaxın davam edən "lotereya"larda "Dimona" qalib gəlib - 23:22.
Xatırladaq ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunun finalında qeydə alınmışdı - 48 penalti.