Rəsmi matçlarda ən çox oyun keçirən futbolçuların yeni SİYAHIsı

Rəsmi matçlarda ən çox oyun keçirən futbolçuların yeni SİYAHIsı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli komandaların heyətində 1000 və daha çox oyun keçirən futbolçuların yeni siyahısını açıqlayıb.

Mediasport.az xəbər verir ki, Portuqaliya yığmasının heyətində İrlandiya ilə yoxlama qarşılaşmasında meydana çıxaraq 1226-cı matçını keçirən Kriştianu Ronaldu zirvəyə yüksəlib.

Dünya futbolunun 39 yaşlı canlı əfsanəsi unudulmaz braziliyalı qapıçı Rojerio Senini geridə qoyub.

Sıralamada 3-cü pillədə də qolkiper qərarlaşıb - məşhur ingilis Piter Şiltonun aktivində 1217 oyun var.


Rəsmi matçlarda ən çox oyun keçirən futbolçular


1. Kriştianu Ronaldu (Portuqaliya) - 1226 oyun

2. Rojerio Seni (Braziliya) - 1225

3. Piter Şilton (İngiltərə) - 1217

4. Fabio (Braziliya) - 1182

5. Roberto Karlos (Braziliya) - 1090

6. Canluici Buffon (İtaliya) - 1070

7. Rey Klemens (İngiltərə) - 1069

8. Xavyer Zanetti (Argentina) - 1067

9. Lionel Messi (Argentina) - 1062

10. Dani Alveş (Braziliya) - 1056

11. İker Kasilyas (İspaniya) - 1048

12. Pet Cenninqs (Şimali İrlandiya) - 1046

13. Qlen Fergüson (Şimali İrlandiya) - 1041

14. Luka Modriç (Xorvatiya) - 1038

15. Raul (İspaniya) - 1034

16. Paolo Maldini (İtaliya) - 1028

17. Yasuhito Endo (Yaponiya) - 1028

18. Rayan Giqqz (Uels) - 1027

19. Joau Moutinyu (Portuqaliya) - 1020

20. Çavi (İspaniya) - 1017

21. Noel Bayli (Şimali İrlandiya) - 1013

22. Frenk Lempard (İngiltərə) – 1009