Əfsanəvi Məhəmməd Əlinin adı Şöhrət Zalında əbədiləşdiriləcək

Əfsanəvi Məhəmməd Əlinin adı Şöhrət Zalında əbədiləşdiriləcək

Dünya boks tarixinin ən güclülərindən olmuş Məhəmməd Əlinin adı Dünya Güləş Əyləncə şirkətinin Şöhrət Zalında əbədiləşdiriləcək.

Mediasport.az xəbər verir ki, apreldə bununla əlaqədar rəsmi tədbir təşkil ediləcək.

Şöhrət Zalı ABŞ-nin Pensilvaniya ştatında yerləşir.

Qeyd edək ki, peşəkar karyerasında keçirdiyi 61 döyüşün 56-da (37-si nokaut) qələbə qazanmış Məhəmməd Əli 2016-cı ildə 74 yaşında Parkinson xəstəliyi səbəbindən dünyasını dəyişib.