Boksçularımızdan Macarıstanda 10 medal: 4 qızıl, 3 gümüş və 3 bürünc
Azərbaycanın gənc və yeniyetmə boksçuları Macarıstanın Eger şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.
Federasiyadan mediasport.az saytına verilən məlumata görə, gənclər yığmasının heyətində Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) gümüş medalla kifayətləniblər, Ömər Aslanlı (54 kq) isə 3-cü yeri tutub.
Yeniyetmə boksçulardan Banuçiçək Nəsirli (46 kq) qızıl, Özləm Həsənova (63 kq) gümüş, İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) ibürünc medala sahib çıxıblar.
Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla başa vurublar. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçilib.