Daha bir boksçumuz Avropa Kubokunda 1/4 finala çıxıb
Azərbaycan boksçusu Nəbi İsgəndərov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.
Mediasport.az xəbər verir ki, 67 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 finalda ispaniyalı Adrian Krusa qalib gəlib.
Döyüş İsgəndərovun 4:0 (29:27, 28:28, 29:27, 29:27, 29:26) hesablı üstünlüyü ilə yekunlaşıb. O, 1/4 finalda Canluici Malanqa (İtaliya) ilə üz-üzə gələcək. Görüş oktyabrın 12-də keçiriləcək.
Daha əvvəl 3 boksçumuz bu sevinci yaşayıb. 60 kq-da Tayfur Əliyev, 71 kq-da Sərxan Əliyev və 63,5 kq-da Malik Həsənov adını 1/4-ə yazdırıb.
Qeyd edək ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın dördüncü günündə 4 boksçumuz rinqə çıxacaq.
Şamil Əskərov (57 kq) Qabriel Eskobarla (İspaniya), Malik Həsənov (63,5 kq) Lunes Hamraui (Fransa) ilə, Mirşərif Kazımzadə (75 kq) Qabriel Debaniçlə (Xorvatiya), Eldar Quliyev (86 kq) isə Aleksey Alfiorovla (Belarus) döyüşəcək.