Elcan Hacıyev Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

Elcan Hacıyev Yay Olimpiya Oyunlarına qələbə ilə başladı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə uğurla başlayıb.

Mediasport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan idmançımız 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla qarşılaşıb.

Hacıyev "golden socore"də vazari xalı ilə qalib gələrək 1/8 finala yüksəlib.