Birinci vitse-prezident çempion Səid Nəcəfzadəni təbrik edib

Birinci vitse-prezident çempion Səid Nəcəfzadəni təbrik edib

Azərbaycanın daha bir paraatleti Sədi Nəcəfzadə Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Mediasport.az xəbər verir ki, Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında çempion olan idmançımızı təbrik edib:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"