Paris-2024: Azərbaycanın daha 3 idmançısı mübarizəyə başlayır
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın daha 3 idmançısı mübarizə aparacaq.
Mediasport.az xəbər verir ki, ilk olaraq parataekvondoçu İmaməddin Xəlilov (K-44, 70 kq) yarışacaq.
Titullu idmançımız 1/4 finalda Kot d'İvuar və Kuba idmançılarının görüşünün qalibi ilə üz-üzə gələcək.
1/4 final döyüşü Bakı vaxtı ilə saat 14:35-də başlanacaq.
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq Kamran Zeynalov (P1 kateqoriyası) 10 metr məsafəyə atəşaçmada iştirak edəcək.
Bu mərhələyə Bakı vaxtı ilə 13:15-də start veriləcək. Paraatıcılıq üzrə final görüşləri 16:00-da olacaq.
Paraatlet Oloxan Musayev isə F55 kateqoriyası üzrə nüvəitələmədə gücünü sınayacaq. Yarış Bakı vaxtı ilə saat 21:05-də keçiriləcək.
Parisdə 7 növdə 18 idmançı ilə təmsil olunacaq Azərbaycanın aktivində ilk gündən sonra 1 medal var.
Parataekvondoçu Sabir Zeynalov (K-44, 58 kq) ötən gün bürünc medal qazanıb.
Paralimpiya Oyunları sentyabrın 8-dək davam edəcək.