Zamiq Əliyev 90 dəqiqə oynadı, komandası Superliqada lider oldu
Futbol üzrə Albaniya Superliqasında 17-ci turun görüşləri keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Zamiq Əliyevin formasını geyindiyi “Eqnatia” doğma meydanında “Skenderbeu”nu qəbul edib.
Müdafiəçinin 90 dəqiqə meydanda olduğu matç komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.
Xallarının sayını 30-a çatdıran "Eqnatia" turnir cədvəlində liderliyə yüksəlib, 1 oyun az keçirən "Partizani"nin 29 xalı var.