"Sumqayıt"ın futbolçusu Burundi yığma komandasına dəvət aldı
Premyer Liqa təmsilçisi "Sumqayıt"ın üzvü Tresor Mossi Burundi milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Malavi (14 noyabr) və Seneqal (19 noyabr) ilə oyunlar üçün yığmaya çağırılıb.
Xatırladaq ki, Mossinin komandası Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində qrupda keçirdiyi oyunların hamısında uduzub.