Millimizin eks üzvü mövsümün əvvəlində keçdiyi klubdan ayrıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komnandasının sabiq üzvü Dmitri Nağıyev klubsuz qalıb.
Mediasport.az xəbər verir ki, 29 yaşlı cinah futbolçusu formasını geyindiyi Ukraynanın "Minay" klubundan ayrılıb.
Yığmamızın eks müdafiəçisi maliyyə problemləri səbəbindən mövsümün əvvəlində bağladığı müqaviləyə qarşılıqlı xitam verib.
Nağıyev “Dnepr”, “Qarabağ” (Vyana), “Sumqayıt”, “Kova da Pyedad” (Portuqaliya), “Stumbras” (Litva), “Dinamo-Avto” (Moldova) və Ukraynada “İnqulets”, “Obolon” komandalarında çıxış edib.