Əməkdar məşqçi, Azərbaycan rekordçusu dünyasını dəyişib
Azərbaycanın atletika üzrə Əməkdar məşqçisi Nikolay Pavlov vəfat edib.
Mediasport.az xəbər verir ki, məlumatı Azərbaycan Atletika Federasiyası yayıb.
O, 69 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur.
Nikolay pValov bunu 1972-ci ildə 9 dəqiqə 23 saniyəyə bacarıb.