Millimizin keçmiş hücumçusu reanimasiyaya yerləşdirilib
Futbol üzrə Azərbaycan milli komandasının keçmiş hücumçusu Vadim Vasilyev xəstəxanaya yerləşdirilib.
Mediasport.az xəbər verir ki, veteran futbolçu insult keçirib.
52 yaşlı Vasilyevin müalicəsi reanimasiyada davam etdirilir.
Yığmamızın heyətində 1999-2003-cü illərdə 33 oyuna 2 qol vurmuş sabiq forvardın müalicəsi AFFA tərəfindən qarşılanır.
O, karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Medita” (Ukrayna), “Metallurq” (Ukrayna), “Neftçi”, "Tavriya" (Ukrayna), “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.