Hakimi ölümcül döyən futbolçu özünü başından güllələyərək intihar etdi
Argentinada futbol üzrə həvəskarlar liqasında hakimi döyən Uilyams Aleksandr Tapon intihar edib.
MediaSport.az xəbər verir ki, buna səbəb futbolçunun adam öldürməyə cəhd maddəsi ilə həbs edilməsi olub.
Sarandi qəsəbəsi yaxınlığında yerləşən dəmiryol vağzalı ətrafında meyiti tapılan Taponun başından güllə yarası aldığı müəyyən edilib. 24 yaşli futbolçunun xanımı həyat yoldaşının özünə qəsd etdiyini bildirib.