Bakıda peşəkar idmançını xalası oğlu bıçaqlayaraq öldürüb
Bakıda peşəkar idmançı qətlə yetirilib.
Mediasport.az xəbər verir ki, hadisə yanvarın 13-də Səbail rayonunun Bayıl qəsəbəsində qeydə alınıb.
29 yaşlı Etibar Fətəliyev 31 yaşlı xalası oğlu Yusif İsmayılov tərəfindən öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanııb.
Qətlə yetirilən E.Fətəliyev fitnes üzrə peşəkar idmançı olub.
İlkin məlumata görə, qətl mübahisə zəminində törədilib. Xalası oğluna gücünün çatmayacağını görən şəxs ona bıçaqla zərbələr endirib.
Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanaxmadan həyatını itirib.