Millimiz UEFA İnkişaf Turnirinin ilk görüşündə Belarusa məğlub oldu

  Millimiz UEFA İnkişaf Turnirinin ilk görüşündə Belarusa məğlub oldu

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan UEFA İnkişaf Turnirində dünən ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, yığma təlim-Məşq Mərkəzində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. 

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 90+5-ci dəqiqədə penaltidən Əli Bəşirov vurub.

U-15 turnir çərçivəsində sabah 16:00-da Rusiya yığması ilə, 4 oktyabr, 17:00-da Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.