"Neftçi" "Araz-Naxçıvan"ın qapısından 8 cavabsız top keçirib
Futbol üzrə Azərbaycan Əvəzedicilər Liqasında 14-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
“Sumqayıt-2” “Zirə-2” ilə bərabərə qalıb, “Neftçi-2” "Araz-Naxçıvan"ın əvəzedici komandasını darmadağın edib.
Rəşad Abdullayevin baş məşqçisi olduğu "ağ-qaralar"ın əvəzediciləri 34 xalla liderdir.
"Qəbələ-2" 1 xal geri qalır. "Sabah-2" 28 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Əvəzedicilər Liqası. 14-cü tur
“Sumqayıt-2” – “Zirə-2” 1:1
Qollar: Qabil Əlizadə, 21 - Ömər Qurbanov, 62.
“Neftçi-2” – “Araz-Naxçıvan-2” 8:0
Qollar: Ağadadaş Salyanskiy, 6, 15, 19, 31, 58; Bahadur Quliyev, 21; İbrahim Novruzov, 40; Murad Məmmədov, 68.