Hakimi söyən "Sumqayıt"lı 4 oyunluq diskvalifikasiya edilib
“Sumqayıt-2”nin futbolçusu Ruslan Əliyev Əvəzedicilər Liqasının 10-cu turunun “Sabah-2” ilə oyununda hakimi təhqir etdiyi üçün diskvalifikasiya olunub.
Mediasport.az xəbər verir ki, birbaşa qırmızı vərəqə alan oyunçu 4 oyunluq cəzalandırılıb, klubu 300 manat cərimə edilib.
Bundan əlavə, matçın son dəqiqələrində meydandan qovulan “Sabah-2”nin üzvü Fəxri Məmmədli və “Sumqayıt-2”nin futbolçusu Said Əliyev qarşıdakı oyunu buraxacaqlar. Hər iki komanda buna görə 50 manat ziyana düşüb.
Qarşılaşmada “Sabah-2”nin 5, “Sumqayıt-2”nin isə 4 futbolçusu sarı vərəqə alıb. Bu, onlara əlavə 70 manatlıq cərimə bahasına başa gəlib.