Əvəzedicilər Liqası: "Zirə" "Sabah"a, "Səbail" yarışın autsayderinə qarşı

Əvəzedicilər Liqası: "Zirə" "Sabah"a, "Səbail" yarışın autsayderinə qarşı

Azərbaycan Əvəzedicilər Liqasında 28-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 matç oynanılacaq.

Öncə "Zirə"nin əvəzediciləri "Sabah"ın əvəzediciləri ilə qarşılaşacaq.

Daha sonra autsayder "Turan Tovuz-2" Bayıl təmsilçisi "Səbail-2"nin qonağı olacaq.

Bunadək baş tutan qarşılaşmalarda lider "Neftçi-2" ən yaxın izləyicisi "Qəbələ-2"ni (2:1), "Qarabağ-2" isə "Kəpəz-2"ni (3:1) məğlub edib.

Tura 1 aprel keçiriləcək "Sumqayıt-2" - "Araz-Naxçıvan-2" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Əvəzedicilər Liqası. 28-ci tur

31 mart

"Sabah-2" - "Zirə-2"

Baş hakim: Murad Səlimov

"ASK Arena", 13:00

"Səbail-2" - "Turan Tovuz-2"

Baş hakim: Vüqar Həsənli

"ASCO Arena", 15:00