Əvəzedicilər Liqası: "Səbail"lə "Qəbələ" 3 xalı 4 qolla qazanıb

Əvəzedicilər Liqası: "Səbail"lə "Qəbələ" 3 xalı 4 qolla qazanıb

Əvəzedicilər Liqasında 19-cu tur başa çatıb.

Mediasport.az xəbər verir ki, turnir cədvəlinin lideri "Neftçi-2" "Sabah"ın əvəzedicilərindən ibarət komandanı məğlub edib - 1:3.

Yarışın aşkar autsayderi "Turan Tovuz-2" "Kəpəz-2"ni minimal hesabla məğlub edib (0:1). "Səbail-2" "Zirə-2" (4:0), "Qarabağ-2" isə "Araz-Naxçıvan-2" (2:0) üzərində qələbə qazanıb.

Turun sonuncu oyun günündə 7 qol qeydə alınıb və "Qəbələ"nin əvəzedicilərindən ibarət komanda "Sumqayıt-2"ni məğlub edib (4:3) və aktivinə 3 xal yazdırıb.

N Klublar O Q H M T-F X
1 Neftçi-2 19 16 1 2 60-14 49
2 Qəbələ-2 19 13 3 3 50-22 42
3 Sabah-2 19 12 1 6 40-26 37
4 Qarabağ-2 19 9 3 7 32-24 30
5 Zirə-2 19 8 5 6 26-25 29
6 Sumqayıt-2 19 7 1 11 32-45 22
7 Səbail-2 19 6 3 10 26-33 21
8 Araz-Naxçıvan-2 19 6 1 12 20-41 19
9 Kəpəz-2 19 4 3 12 13-36 15
10 Turan Tovuz-2 19 3 1 15 20-53 10


Bombardirlər:

Ağadadaş Salyanskiy ("Neftçi-2") - 14 qol

Uğur Cahangirov ("Sumqayıt-2") - 14 qol

Sənan Ağalarov ("Qəbələ-2") - 14 qol

Bahadur Quliyev ("Neftçi-2") - 9 qol

Bayraməli Qurbanov ("Araz-Naxçıvan-2") - 8 qol

Eşqin Əhmədov ("Qəbələ-2) - 7 qol

Xəqani Sadıxov ("Zirə-2") - 7 qol