Fatih Terim məşqçiliyə qayıdır? - 20 milyon dollar və 3 illik təklif
Türkiyə millisi və "Qalatasaray"ın keçmiş baş məşqçisi Fatih Terim fəaliyyətini bərpa edə bilər.
Mediasport.az xəbər verir ki, 70 yaşlı mütəxəssisə Səudiyyə Ərəbistanından ciddi təklif gəlib.
Konkret olaraq, Superliqa təmsilçisi "Əl Əhli" təcrübəli çalışdırıcıya müqavilə təklif edib. Ərəblər Terimə illik 20 milyon avro maaş və 36 yalıq müqavilə şərtlərini yerinə yetirməyə hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, "Əl Əhli" yay transfer pəncərəsi zamanı heyətinə Eduard Mendi, Riyad Mahrez, Allan Sent-Maksimin, Frank Kesse, Rojer İbanes, Merih Demiral, Qabri Veqa kimi tanınmış futbolçuları cəlb edib.