STATİSTİKA: "River Pleyt" "Barselona" və "Borussiya"dan öndə

 STATİSTİKA: "River Pleyt" "Barselona" və "Borussiya"dan öndə

Ötən il dünyanın müxtəlif ölkələrində oyunları stadiondan canlı izləyən azarkeşlərin statistikası açıqlanıb.

Mediasport.az xəbər verir ki, ən çox izləyici Argentinanın "River Pleyt" klubuna məxsus "Monumental" stadionunda qeydə alınıb - 84 min 567 azarkeş.

İlk "3-lüy"ü Avropa klubları tamamlayıb: "Barselona" ("Kamp Nou" və "Lyuis Kompanis" Olimpiya Stadionu, 83 min 273 nəfər) və "Borussiya" (Dortmund, "Siqnal İduna Park", 81 min 312 nəfər).

4 və 5-ci pillələrdə müvafiq olaraq, "Bayern" ("Alyans Arena", 75 min 003 nəfər) və "Mançester Yunayted" ("Old Trafford", 73 min 586 nəfər) qərarlaşıb.


Rövşən