"Neftçi"dən ayrılan Adrian Mutunun yeni klubu müəyyənləşib

"Neftçi"dən ayrılan Adrian Mutunun yeni klubu müəyyənləşib

"Neftçi"nin keçmiş baş məşqçisi rumıniyalı Adrian Mutu ölkəsinin ÇFR klubu ilə anlaşıb.

Mediasport.az xəbər verir ki, Kluj-Napoka təmsilçisinin sahibi Nelu Varqa komandanın hazırkı baş məşqçisi Andrea Mandorlininin ölkə çempionatının 22-ci turunun "Botoşani" ilə matçından sonra (0:1) istefaya göndərildiyini söyləyib:

"Adrianla danışdıq, bir-birimizi başa düşdük. Yeni baş məşqçimizin Mutu olmasını qərara almışam. Onunla müqavilənin detallarını müzakirə edəcəyik".

"Dəmiryolçular" hazırda ölkə çempionatının turnir cədvəlində 36 xalla ikincidir.

Xatırladaq ki, Adrian Mutu ötən ay "ağ-qaralar"la yollarını ayırıb.