"Çelsi"nin parlayan ulduzundan "Mançester Yunayted"ə "soyuq duş"
İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, sonuncu oyun günündə keçirilən "Çelsi" - "Mançester Yunayted" duelində 7 qol qeydə alınıb.
Əzmkar mübarizə şəraitində keçən görüşdə "zadəganlar"ın gənc və istedadlı futbolçusu Koul Palmer het-trik müəllifi olub.
Çempionluq yolunda inamla irəliləyən "Liverpul", "Arsenal" və "Mançester Siti" də turu qələbə ilə başa vurub.
Turnir cədvəlində "Liverpul" 1-ci, "Arsenal" 2-ci, "Mançester Siti" 3-cü, "Mançester Yunayted" 6-cı, "Çelsi" 10-cu pillədə yer alıb.
İngiltərə Premyer Liqası. 31-ci tur
4 aprel
"Liverpul" - "Şeffild Yunayted" 3:1
"Çelsi" - "Mançester Yunayted" 4:3