Fərid Qayıbov: "İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır”
“Ölkə başçımızın idmana və idmançılarımıza xüsusi diqqət və qayğısı var. İdmançılarımız bizi daim sevindirir".
Mediasport.az xəbər verir ki, bunu gənclər və idman anziri Fərid Qayıbov Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasının açılış mərasimində deyib.
Nazir ilk dəfə təşkil olunan yarış münasibətilə hər kəsi təbrik edib:
"Bu idman qurğusuna müxtəlif yerli və beynəlxalq yarışları izləməyə toplaşırıq. Bu yaxınlarda Beynəlxalq Çövkən Federasiyası yaranıb. Mən atçılıq federasiyasına təşəkkür edirəm ki, bu qədər aktivdirlər. İnanıram ki, bizim qələbələrimiz hələ qarşıdadır”.
Qeyd edək ki, 10 komandanın iştirakı ilə keçiriləcək yarış dekabrın 4-də başa çatacaq.