"Land of Fire" İsveçrədə keçirilən Dünya Kubokunun qalibi oldu!
Azərbaycanın "Land of Fire" komandası İsveçrənin Sankt-Moritz şəhərində keçirilən polo üzrə 38-ci qarüstü Dünya Kubokunun qalibi olub.
mediasport.az xəbər verir ki, bütün görüşlərdə qələbə qazanan komandamız həlledici qarşılaşmada yerli "Sankt-Moritz"lə üz-üzə gəlib.
Görüşün əsas vaxtı heç-heçə yekunlaşıb, əlavə olunan müddətdə qızıl topu vuran "Land of Fire" 6:5 hesablı qələbə ilə Dünya Kubokunu qazanıb.
Yarışda 6 komanda mübarizə aparıb. Azərbaycan poloçuları bununla ikinci dəfə qarüstü polo üzrə Dünya Kubokunun qalibi adına yiyələniblər.